“KOB Model Müəssisənin fəaliyyətinin təşkili” layihəsi

Project Information

  • Author: DNT HUB

“KOB Model Müəssisənin fəaliyyətinin təşkili” layihəsi

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sifarişi əsasında “DNT HUB” MMC tərəfindən dövlət-özəl tərəfdaşlığı (PPP) çərçivəsində təlim və məsləhət xidmətləri ilə KOB Model Müəssisənin fəaliyyətinin təşkili həyata keçirilib.

Layihə çərçivəsində KOB subyektləri üçün müxtəlif istiqamətlər üzrə təlim xidmətləri təşkil olunub. Təlimlər əsasən istehsalat proseslərinin təşkili, biznes proseslərində marketinq, “lean” yanaşma, keyfiyyətin idarə olunması, əməliyyat səmərəliliyinin artırılması, vaxt və resursların effektiv idarə edilməsi kimi mövzuları əhatə edib.

Ümumilikdə, layihə çərçivəsində keçirilən təlimlər və paralel olaraq sahibkarlarla həyata keçirilən məsləhət xidmətləri KOB subyektlərinin idarəetmə və istehsalat sahəsində bacarıqlarının inkişafına və onların fəaliyyətinin daha səmərəli təşkilinə dəstək olub.

Share: