ADA Universitetinin sosial məsuliyyət layihəsi olan “Future Careers” təşəbbündə “DNT HUB” MMC tərəfindən mentorluq və təlim xidməti göstərilib.
Belə ki, layihə çərçivəsində DNT HUB-un Vahid İxtisaslaşmış Ekspert Şəbəkəsinə üzv olan mütəxəssislərin təlimçi və mentor qismində iştirakı ilə müxtəlif istiqamətlər üzrə təlimlər, görüşlər və inkişafyönümlü sessiyalar təşkil edilib.
“Future Careers” layihəsinin əsas məqsədi məktəb və universitet tələbələrinin akademik və peşəkar inkişafına dəstək olmaq, xüsusilə həssas sosial qruplardan olan gənclərin karyera istiqamətləndirilməsi və imkanlara bərabər çıxışını təmin etməkdir. Bununla yanaşı, layihə yerli peşəkar icma ilə gənclər arasında əlaqələrin gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi, mentorluq mədəniyyətinin inkişafı və uzunmüddətli karyera inkişafına töhfə verməyi hədəfləyir.