“GəncVİZYON” layihəsi

Project Information

  • Author: DNT HUB

“GəncVİZYON” layihəsi

Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı və “Nar”ın tərəfdaşlığı ilə həyata keçirilən “GəncVİZYON” adlı ideyatonda “DNT HUB” MMC tərəfindən mentorluq xidməti göstərilib.

Belə ki, layihə çərçivəsində 18-29 yaş aralığında 240 gənc 40 komanda şəklində gələcəyin təhsili və bacarıqları, gənclərin məşğulluğu və sahibkarlıq, rəqəmsal gələcək və süni intellekt, sosial təşəbbüslər və könüllülük, eləcə də yaşıl və dayanıqlı gələcək istiqamətləri üzrə ideyalar üzərində çalışıblar.

DNT HUB-un Vahid İxtisaslaşmış Ekspert Şəbəkəsinə üzv olan mütəxəssislərin mentor qismində iştirakı ilə həyata keçirilən dəyərləndirmə nəticəsində 10 komanda final mərhələsinə vəsiqə qazanıb. İdeyatonun final mərhələsində komandalar ideyalarını münsiflər heyətinə təqdim edib və nəticələrə əsasən 3 komanda qalib elan olunub.

Share: