“Bakı KOB İnkişaf Mərkəzinin fəaliyyətinin təşkili” layihəsi

Project Information

  • Author: DNT HUB

“Bakı KOB İnkişaf Mərkəzinin fəaliyyətinin təşkili” layihəsi

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sifarişi əsasında “DNT HUB” MMC tərəfindən dövlət-özəl tərəfdaşlığı (PPP) çərçivəsində Bakı KOB İnkişaf Mərkəzinin fəaliyyətinin təşkili həyata keçirilib.

Belə ki, 8 aylıq fəaliyyət müddətində DNT HUB tərəfindən ümumilikdə 600 saat olmaqla 200 təlim keçirilib. Təlim xidmətləri mövzularına ənənəvi və rəqəmsal marketinq, biznesin təşkili və idarə olunması, layihə idarəetməsi, maliyyə, təchizat zəncirində menecment, biznes proseslərində hüquqi aspektlər, süni intellekt, kibertəhlükəsizlik və digər istiqamətlər daxildir.

Share: